Hüquqşünas maliyyə nazirindən soruşur: - "Normal pensiya" deyəndə, cənab nazir hansı məbləğ pensiyanı nəzərdə tutur?

  • By admin
  • 06 Dekabr 2022 08:38

Azərbaycanın maliyyə naziri Samir Şərifov vətəndaşların pensiyasının az olması barədə iradlara münasibət bildirib.

Nazir “Bu gün normal pensiya almaq üçün 35 illik iş stajına malik olmaqla yanaşı, sosial təminat fonduna da, pul köçürülməlidir” deyə bildirib.

Hüquqşünas Namizəd Səfərov Gununsesi.info-ya açıqlamasında bildirib ki, nazirin bu açıqlamasından sonra xeyli suallar meydana çıxır:

“Birincisi,  “Normal pensiya” deyəndə, cənab nazir hansı məbləğ pensiyanı nəzərdə tutur?  Şərifovun fikrincə, hansı məbləğdə pensiya normal, hansı məbləğ isə anormal pensiya hesab olunmalıdır? Hesab edirəm ki, söylənilən fikir, ölkədə anormal pensiya sisteminin mövcudluğunu təsdiq edir.  Anormal pensiya alanların sayı ümumi pensiyaçıların neçə faizini təşkil edir? Bu sual da açıqdır.  260 manat pensiya normal və ya anormal pensiya hesab olunur ? Düşünürəm, 5 sual kifayət edər. Onsuzda bu ölkədə, suallara cavab verən yoxdur və S. Şərifov da, bu suallara cavab verən deyil.

Mətlət Yaqublu

Gununsesi.info