Rusiya Ukraynanı raket zərbələrinə məruz qoydu - ÖLƏNLƏR VAR

  • By admin
  • 06 Dekabr 2022 08:43

Rusiya səkkiz həftə ərzində səkkizinci dəfə Ukraynanın bir çox bölgəsini eyni vaxtda raketlərlə vurdu.

Gununsesi.info Ukrayna mediasına istinadən bildirir ki, qış şəraitində istilik və elektrik problemi olan ölkədə son raket hücumundan sonra xüsusilə şərq bölgələrində enerji xətlərində daha böyük kəsilmələr baş verib.

Cənubda Odessa şəhərində elektrik enerjisi kəsilib.

Ukraynadan verilən açıqlamaya görə, bazar ertəsi gecə həyata keçirilən raket hücumlarında 4 nəfər həlak olub.

Tərcümə:

Günay Təhməzova

Gununsesi.info