İki qonşusunu bıçaqlayan Goranboy sakini saxlanıldı

  • By Ayshan
  • 11 Dekabr 2025 09:01

Goranboy rayon Azad kəndində 1996-cı il təvəllüdlü Adil Məmmədovla yanaşı 1994-cü il təvəllüdlü Vüsal İsmayılov da bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundanGununsesi.info-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Məmmədova və V.İsmayılova kesici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info