İndoneziya Qəzzaya 20.000 əsgər hazırlayıb

İndoneziya Qəzzada planlaşdırılan sülhməramlı əməliyyat üçün səhiyyə və tikinti üzrə vəzifələri yerinə yetirmək məqsədilə 20.000-ə qədər əsgəri hazırlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İndoneziya Müdafiə Nazirliyi bildirib.

Bildirilib ki, qoşunların nə zaman yerləşdiriləcəyi və konkret mandatı hələlik müəyyən edilməyib. Prezident Prabovo Subianto və İordaniya Kralı Abdullah ABŞ Prezidenti Donald Trampın təşəbbüsünü müzakirə edəcəklər.

Xarici İşlər Nazirliyi isə İndoneziyanın iştirak etməsi üçün BMT Təhlükəsizlik Şurasının mandatının lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, İndoneziya uzun müddətdir İsrailin Qəzzada zorakılığını pisləyir və humanitar yardım göndərir, lakin İsraillə diplomatik münasibətləri yoxdur.

Şəbnəm

Gununsesi.info