İndoneziyanın paytaxtının köçürüləcəyi tarix məlum oldu

  • Müəllif: Firuzə
  • 23 Sentyabr 2025 12:44

İndoneziya hakimiyyəti paytaxtın Cakartadan Nusantaraya köçürülməsi prosesini 2028-ci ilə qədər başa çatdırmağı planlaşdırır.

Gununsesi.info “Jakarta Globe” qəzetinə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının rəhbəri Məhəmməd Kodari bildirib.

O qeyd edib ki, İndoneziya Prezidenti Prabovo Subiantonun göstərişinə uyğun olaraq, bütün zəruri dövlət binalarının tikintisi 2028-ci ilə qədər başa çatdırılacaq.

Xatırladaq ki, 2014-2024-cü illərdə İndoneziya prezidenti olan Coko Vidodo 2019-cu ildə İndoneziyanın paytaxtının Cakartadan köçürülməsi ideyasını irəli sürmüşdü. Meqapolisin əvvəlcə 2024-cü ilə qədər Kalimantan adasında salınacağı plamlaşdırılırdı. Bu məqsədlə 32 milyard dollara yaxın vəsait ayrılsa da, koronavirus pandemiyası səbəbindən layihənin icrası dayandırılmışdı.

 

Gununsesi.info