İrəvanın mərkəzində səhər saatlarında güllə səsləri eşidilib.
Gununsesi.info xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları 50-dən çox güllə və giliz, həmçinin avtomat silah tapıblar.
İlkin ehtimala görə, 31 yaşlı şübhəli saxlanılıb.
Qeyd edək ki, İkinci Qarabağ savaşı zamanı Ermənistan “könüllülərə” heç bir siyahı aparmadan, kor-koranə olaraq külli miqdarda silah paylamışdı. Bu silahları alanların bir çoxu Azərbaycan ərazisində döyüşməyə gəlməmişdi, digərləri isə Qarabağdan qaçarkən silahları da özləri ilə aparmışdı.
Ermənistan hakimiyyəti əhaliyə silahların qaytarılması ilə bağlı dəfələrlə çağırış etsə də, heç bir nəticəsi olmayıb.
Gununsesi.info