İran 48 saat ərzində İsraili vura bilər

İsrail yaxın 24-48 saat ərzində İrandan birbaşa hücuma hazırlaşır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Amerikanın “Wall Street Journal” (WSJ) qəzeti yazır.

“İsrail yaxın 24-48 saat ərzində İrandan İsrailin cənubuna və ya şimalına birbaşa hücuma hazırlaşır”, – mənbə bildirib.

İran rəhbərliyi tərəfindən məlumatlandırılan mənbə qeyd edib ki, hələlik yekun qərar verilməyib, hücum planları müzakirə olunur.

Amerika rəsmisi vurğulayıb ki, ABŞ kəşfiyyatının hesabatları bir neçə gün ərzində İrandan İsrail ərazisinə hücumdan xəbər verir.

Aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yanındakı binaya zərbələr endirib. Nəticədə İran konsulluğunun binası dağıdılıb və SEPAH bölməsinin komandirləri generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi məhv edilib.

İran prezidenti İbrahim Rəisi daha sonra zərbəyə tezliklə cavab verəcəyini vəd edib.