Azərbaycan İslam Partiyasının üzvü, partiya sədri Elçin Manafovun sürücüsü işləmiş Səbuhi Səlimova 17 il həbs cəzası kəsilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Səlimov dövlətə xəyanətdə – İranın xüsusi xidmət orqanlarına casusluqda, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə daxil olan şəxslərin göstərişlərini yerinə yetirməkdə təqsirli bilinib.
Ancaq məhkəmədə son söz deyən təqsirləndirilənlər bu ittihamlarla razılaşmayıblar.
Onlar pul müqabilində casusluq etməsi haqda ittiham aktında yazılanları da “nağıl” adlandırır.
Səlimov İrana getdiyini də, İsrail səfirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərdiyini də təsdiqləyir. Amma bunu İranın xüsusi xidmət orqanlarının tapşırığıyla etməsi ittihamıyla razılaşmır.
Onun sözlərinə görə, İrana əvvəl xırda ticarətlə məşğul olduğuna görə gedib-gəlib. 2011-ci ildə isə ürək əməliyyatı ilə əlaqədar gedib:
“İttihamda yazıblar ki, guya mən Vəli Cabbari ilə dəfələrlə görüşmüşəm. Guya mən və ailəm İranda olarkən xərclərimizi onlar çəkib. Belə olmayıb. Mən onu bir dəfə onda görmüşəm. Heç xüsusi xidmət orqanının əməkdaşı olduğunu da bilməmişəm”.
İsrailin bayrağını öz həyətində yandırıb
İsgəndər adlı iranlının göstərişilə Bakıda İsrail bayrağını yandırması məsələsinə gəlincə, Səlimov təsdiqləyib ki, səfirliyin qarşısında etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin ona icazə verilməyib. Belə olan halda, aksiyanı öz həyətində keçirmək qərarına gəlib, öz həyətimdə ocaq qalayaraq, İsrailin bayrağını yandırıb.
Keçmiş nazir milyonlarla ‘putyovka pulu’nun yeyintisində suçlanır
Səlimov başqa ölkənin bayrağını öz həyətində yandırıb, bu görüntüləri İrana göndərməkdə məqsədi haqda suala cavabında deyib ki, xüsusi məqsədi olmayıb, bunu pul qarşılığında da eləməyib:
“Sadəcə, öz hisslərimi ifadə eləmişəm. Neyləmişəmsə, inancıma görə eləmişəm…”
Günay
Gununsesi.info