
İsrail hakimiyyəti Şərqi Qüdsdəki Əl-Əqsa məscidində cümə namazı qılmaq istəyənlər üçün növbəti dəfə yaş məhdudiyyəti tətbiq edib.
Oxşar tədbirlər əvvəlki bir neçə həftədə də tətbiq edilib.
Gununsesi.info xəbər verir ki, təhlükəsizlik qüvvələri səhər saatlarından etibarən Qüdsün Köhnə şəhərinin ətrafında maneələr quraraq gənclərin kompleksə daxil olmasına mane olub.
Namaz qılmaq üçün Əqsaya daxil olmaq istəyən fələstinlilərə polis güc tətbiq edib.
Media nümayəndələrinə də giriş qadağan edilib. Bir sıra hallarda təhlükəsizlik qüvvələri məscidin ətrafında çəkiliş aparmağa icazə verməyib.
Əl-Əqsaya giriş yalnız yaşlılar üçün nəzərdə tutulub.
İsrailin məhdudiyyətləri səbəbindən bu həftə müsəlman dünyasının müqəddəs yerlərindən sayılan Əl-Əqsa məscidində yalnız 5000 fələstinli cümə namazını qıla bilib. Bu barədə “Anadolu”ya adının açıqlanmasını istəməyən Qüds İslam Vəqf İdarəsinin nümayəndəsi məlumat verib.
Gununsesi.info