İsraildə “Toni Bleyer” iddiası: Gizli səfərin ŞOK TƏFƏRRÜATLARI

  • By admin
  • 01 Yanvar 2024 14:11

İsrail “müharibə bitdikdən sonra Qəzza zolağından olan fələstinli qaçqınları qəbul etməyə Qərb ölkələrini razı salmaq üçün” Britaniyanın keçmiş baş naziri Toni Bleyeri vasitəçi təyin etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Kanal 12 telekanalı məlumat yayıb.

Məlumata görə, Bleyer ötən həftə İsrailə gizli səfər edib və orada baş nazir Binyamin Netanyahu və hərbi kabinet üzvü Benni Qantzla bu məsələni müzakirə etmək üçün danışıqlar aparıb.

Səfər zamanı Bleyerin Qəzza zolağından didərgin düşmüş fələstinlilərlə bağlı İsrail və Qərb ölkələri arasında vasitəçilik etməsi ideyasının gündəmə gəldiyi bildirilir.

Bu arada Britaniyanın keçmiş baş nazirinə yaxın mənbə “Jerusalem Post”a şərhində məlumatı təkzib edib.

Bundan əvvəl İsrail mediası Bleyerin “Qəzza zolağına humanitar yardımın koordinatoru təyin ediləcəyi gözlənilir” deyə xəbər vermişdi. Lakin sonradan bu iddia təkzib edilib.

Gununsesi.info