İsveçin Baş nazir tutduğu vəzifədən istefa verib

  • By admin
  • 28 İyun 2021 15:24

İsveçin Baş naziri Stefan Löfve parlamentin sədrinə tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Gununsesi.info TASS agentliyi-nə istinadən xəbər verir ki, Stefan Löfven bunu mətbuat konfransında elan edib.

“Spikerdən məni Baş nazir vəzifəmdən azad etməsini xahiş etdim. Spiker yeni hökumət qurmağa çalışacaq”, – deyə S.Löfven söyləyib.

Qeyd olunur ki, Stefan Löfvenin istefasından sonra parlamentin sədri və İsveçin siyasi partiya liderləri arasında yeni hökumətin qurulması ilə bağlı danışıqlar başlayacaq.