İtalyan cərrah tibb dünyasını qarışdırdı - İnsana beyin transplantasiyası mümkün olacaq

  • By admin
  • 19 Yanvar 2023 09:14

Ötən illərdə baş transplantasiyası ilə gündəmə gələn italyan neyrocərrah professor Sergio Kanavero ölümsüzlük qapısının beyin nəqli ilə açıla biləcəyi tezisi ilə yenidən gündəmdədir.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən bildirir.

Kanaveronun fikrincə, üzərində uzun müddət çalışılan “arzu” düzgün şərtlər daxilində reallığa çevrilə bilər.

İnsandan insana baş transplantasiyası üzərində çalışan və bütün dünyada təsir bağışlayan italiyalı professor Sergio Kanavero növbəti dəfə mübahisə yaradıb. Məşhur cərrah gələcəkdə insandan insana beyin transplantasiyasının mümkün ola biləcəyini, insanların nəzəri olaraq istədikləri qədər yaşaya biləcəyini bildirir.

 

Tərcümə:

Afət