Jirinovskinin oğlu SİYASƏTDƏN GEDİR

  • Müəllif: admin
  • 25 İyun 2021 14:35

Rusiya Dövlət Dumasının vitse-spikeri, Liberal Demokrat Partiyasının üzvü İqor Lebedev siyasi fəaliyyətini dayandırdığını söyləyib.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, o, payızda keçiriləcək parlament seçkilərinə qatılmayacağını elan edib.

İqor Lebedev qalmaqallı siyasətçi, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin yeganə oğludur.