Kəlbəcər rayonunda biznes və investisiya qoyuluşu imkanları mövzusunda görüş keçirilib.
Gununsesi.info xəbər verir ki, görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev iştirak ediblər.
Öncə KOBİA nümayəndə heyəti Kəlbəcər şəhərində həyata keçirilən infrastruktur, yenidənqurma işləri və mövcud bərpa-quruculuq prosesləri ilə yerində tanış olublar.
Tədbirdə Kəlbəcərin sosial-iqtisadi inkişafının dəstəklənməsi məqsədilə biznes və investisiya imkanları, sahibkarlığın inkişafı üçün əlverişli imkanların yaradılması müzakirə edilib. Həmçinin müxtəlif sahələr üzrə biznes subyektlərinin cəlb edilməsi və KOBİA-nın bu prosesdəki rolu vurğulanıb.
İclasda, həmçinin Kəlbəcərdə həyata keçirilən sosial infrastruktur layihələri haqqında geniş təqdimat edilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən görülən işlər barədə məlumat verilib və nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.