Kamran Əliyev Türkiyədə səfərdədir

Baş prokuror Kamran Əliyev Türkiyədə işgüzar səfərdədir.

Gununsesi.info Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.

Dünyanın müxtəlif dövlətlərinin baş prokurorlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı tədbirdə rəqəmsallaşma dövründə səmərəli istintaqın aparılması və digər mövzular ətrafında müzakirələr aparılacaq.

 

Gununsesi.info