Mətbuat azadlığı reytinqində Azərbaycanın yeri açıqlanıb

  • By admin
  • 03 May 2023 11:29

“Sərhədsiz Reportyorlar Təşkilatı”  3 May -Beynəlxalq Mətbuat Azadlığı Günündə Dünyada Mətbuat Azadlığı İndeksini yayıb.

Gununsesi.info-nun xəbərinə görə, Dünya Mətbuat Azadlığı Günündə açıqlanmış indeks mətbuat azadlığı sahəsində siyasi, sosial və texnoloji çalxalanmalardan doğan radikal dəyişikliklərə işıq salır.

Azərbaycan indeksdə 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb.

Mətbuat azadlığına görə  Norveç artıq yeddi ildir indeksdə birinci yerdə qərarlaşıb.

Ondan sonra isə İrlandiya, Danimarka kimi ölkələr gəlir.

180-ci yerdə Şimali Koreyadır. Ondan əvvəlki yerləri Türkmənistan (176), İran, Vyetnam, Çin (179) tutur.

Azərbaycan indeksdə Pakistan və Əfqanıstan arasında qərarlaşıb.

Azərbaycanın qonşularından Ermənistan indeksdə 49, Gürcüstan 77, Rusiya 164-cü yerdədir.

 

Afət Abbasova

Gununsesi.info