Kılıçdaroğlu: “14 mayda 60% səslə Prezident seçiləcəm”

  • By admin
  • 02 May 2023 11:18

Türkiyədə 14 mayda keçiriləcək rezident seçkiləri ilə bağlı namizədlər öz seçki kampaniyalarını davam etdirirlər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, əsas yarışın Rəcəb Tayyib Ərdoğan və müxalifətin ortaq namizədi Kamal Kılışdaroğlu arasında keçəcəyi gözlənilir.

K. Kılıçdaroğlu yaxınlaşan seçkidəki şanslari ilə bağlı danışıb.

“Millət İttifaqı”nın Prezidentliyə namizədi və CHP sədri K. Kılıçdaroğlu Prezident seçkilərini ilk turda 60 % səslə qazanacağını söyləyib.

Kılıçdaroğlu iddia edib ki, qalib onunu özü olacaq.

“Sözcü” qəzetinə açıqlama verən namizəd “Dövlətin deyil, sarayın məmuru olanlar işindən alınacaq. Rüşvətçidən səfir olmaz. Səfir iqtidar propaqandası etməz”, – deyə o edəcəyi gələcək kdar dəyişiklikləri ilə bağlı anonslar edib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info