“Kontakt”a qarşı yayılan iddialar gerçəyi əks etdirmir

Son günlər mediada “Kontakt” mağazalarında satılan “Hoffmann” markalı məhsulların mənşəyi ilə bağlı şirkətimizə yönəlmiş bir sıra əsassız iddialar yayılıb.

Şirkətdən Gununsesi.info-ya verilən məlumata görə,  bu iddiaların heç biri həqiqəti əks etdirmir.

Qeyd olunur ki, bununla əlaqədar,  “Kontakt” mağazalar şəbəkəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şirkətlə bağlı qəbul etdiyi qərarından aidiyyəti orqana rəsmi qaydada şikayət təqdim edib.

“Mağazalarımızda satılan “Hoffmann” məhsullarının istehsal ölkəsi barədə bütün məlumatlar həm satış prosesində, həm də rəsmi sənədlərdə açıq və düzgün göstərilir. Şirkətimiz heç vaxt Almaniya istehsalı ilə bağlı çaşdırıcı reklam və ya çağırışlardan istifadə etməyib və bu hal Agentliyin araşdırmanı aparan Komissiyasının qərarında da öz təsdiqini tapıb”, – açıqlamada bildirilib.

Qeyd edək ki, “Hoffmann” məhsulları Avropa bazarı üçün nəzərdə tutulsa da, istehsalı hazırda Türkiyədə, Özbəkistanda, həmçinin Apple, Samsung, LG və s. markalarda olduğu kimi, Çində də həyata keçirilir. Bu, qlobal sənaye praktikasının bir hissəsidir və biz bunu gizlətmirik. Müştərilərə təqdim etdiyimiz məlumatlarda və sənədlərdə istehsal ölkəsi tam şəkildə əks olunur.

Gununsesi.info