Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan və Ermənistan arasında sülh sazişinin qısa zamanda imzalanmasını dəstəklədiyini bəyan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Bişkekdə keçirilən sammitin yekununda qəbul olunan KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsində qeyd olunub.
Sənəddə vurğulanır ki, KTMT tərəflər arasında davam edən fəal dövlətlərarası dialoqu məmnunluqla qarşılayır və Bakı ilə İrəvan arasında hərtərəfli tənzimlənməni, eləcə də qeyd-şərtsiz sülh sazişinin mümkün qədər tez imzalanmasını dəstəkləyir.
Rusiyalı KİV-lər bildirir ki, bəyanat regionda sülhün və sabitliyin bərqərar olması yönündə təşkilatın mövqeyini bir daha təsdiqləyir.
Şəbnəm












