“KTMT-nin iclasına getmirik, lap yaxşı edirik”.
Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu parlamentin hakim “Mülki müqavilə” partiyasından olan deputatl Qaqik Melkonyan deyib.
“Bu, Ermənistanın KTMT-dən çıxması deməkdirmi” sualına Melkonyan belə cavab verib: “Yox, çıxmırıq”.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə söhbətində KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcəyini bildirib.
Gununsesi.info