Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var – FOTO

  • By admin
  • 01 Yanvar 2023 22:06

Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var.

Gununsesi.info-nun  Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü Qarayev Kirvin Vidadi oğlu kənd yolunda hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 1994-cü il təvəllüdlü Qarasaqqal kənd sakini Əmrahov Asim Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info