“Lexus” markalı avtomobilin sürücüsünün motosikletçini döyməsi ətrafda olanların və sosial şəbəkə izləyicilərinin ciddi narazılığına səbəb olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Lent.az-a açıqlamasında yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib.
Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: “Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, “Lexus”un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.
***
Bakıda vəzifəli şəxs yolda ona mane olan motosiklet sürücüsünü döyüb.
Gununsesi.info həmin görüntüləri təqdim edir: