Məktəblilərə onlayn maarifləndirmə təlimi keçirildi – VİDEO

  • By admin
  • 18 Noyabr 2021 19:52

Bu gün Bakıda Uşaqların V Ümumrespublika Forumu keçirilib. Prezident İlham Əliyev Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Forum çərçivəsində Azərbaycan Milli Avtomobil Klubu (AMAK) Beynəlxalq Avtomobil Federasiyası (FİA) və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 10-12 yaşlı uşaqlar arasında Avropa Yol Hərəkəti Təhlükəsizliyi üzrə onlayn maarifləndirmə təlimi keçirilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Bildirilib ki, məqsəd məktəblilərin yol hərəkəti təhlükəsizliyi, velosipeddən istifadə və yol mədəniyyəti barədə biliklərini artırmaq və onların yeni bilikləri əyləncəli şəkildə öyrənməsini təmin etməkdir.

Təlimdə AMAK-nun layihələr üzrə meneceri Ülviyyə Hüseynova, DYP-nin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova, 211 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, müəllimlər, valideynlər və 5, 34, 45, 54, 104, 141, 211, 244, 266, 297 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən “Yol hərəkəti qaydaları” dərnəyinin 60 üzvü iştirak edib.

Təlim zamanı məktəblilər təqdim olunan viktorinanın suallarını cavablandırıb, velosipedin idarə olunması ilə bağlı labirint, səhvləri tapma kimi oyunlar oynayıblar. Uşaqlar əvvəlcədən onlara verilən materiallardan istifadə edərək çantalarına taxmaq üçün qaranlıqda daha yaxşı görünmələrini təmin edən işıq əksetdirici asılqanlar düzəldiblər.

Oyunlar bitdikdən sonra iştirakçıların sualları cavablandırılıb, maraqlı suallar müzakirə olunub.

Sonda uşaqların hər birinə iştirakçı sertifikatı veriləcəyi elan edilib.

Gununsesi.info