Məşhur alman şirkəti də Rusiyadan gedir

  • By admin
  • 20 Aprel 2022 10:44

Alman camaşırxana və təmizlik malları istehsalçısı “Henkel” Rusiyadakı fəaliyyətini dayandıracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkət rəhbərliyi məlumat yayıb.

Şirkətdən bildirilib ki, Rusiyadakı 2500 işçinin əmək haqları tam ödəniləcək.

Qeyd edək ki, bunun şirkətə maliyyə təsiri ilə bağlı proqnoz açıqlanmayıb.

“Henkel Rusiyanın Ukraynaya qarşı müharibəsini və günahsız mülki insanlara qarşı zorakılığı pisləyir. Bizim prioritetimiz Ukraynadakı həmkarlarımızı dəstəkləmək üçün əlimizdən gələni etmək olaraq qalır”, – deyə Henkel rəhbərliyindən bildirilib.

Gununsesi.info