Metro işçisi vəfat etdi

  • By admin
  • 20 Aprel 2022 10:45

“Bakı Metropoliteni” QSC-nin əməkdaşı, 1961-ci il təvəllüdlü Vamiq Həsənov ürəktutmadan vəfat edib.

Bu barədə Publika.az-a qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında “28 May” stansiyasında baş verib: “Stansiyalara giriş açılmazdan əvvəl süni qurğular təmirçisi V.Həsənov gecə növbəsindən işdən çıxarkən ürək çatışmazlığından dünyasını dəyişib. Onun ürəyində narahatlığı olub və bundan öncə infarkt keçirib”.

Gununsesi.info