Magistratura üzrə təhsil müddəti azaldılacaq

Rusiyada magistratura üzrə təhsil müddəti azaldılacaq.

Gununsesi.info “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov magistratura üzrə təhsil müddətinin qısaldılacağını deyib:

“Yeni koordinat sistemində əmək bazarının tələbinə uyğun olaraq bir il ərzində magistratura üzrə peşəkar və dərin bilikləri tam hazırlamaq və almaq mümkün olacaq”, – nazir bildirib.

Qeyd edək ki, hazırda bakalavr pilləsindən sonra təhsilin növbəti pilləsində təhsil müddəti universitetdən və tədris planından asılı olaraq bir il yarımdan iki ilə qədərdir.

Fevralın 22-də baş nazir Mixail Mişustin Rusiyanın ənənəvi ali təhsil sisteminə qayıtması üçün normativ-hüquqi bazanı tez bir zamanda tənzimləməyi tapşırıb. Müvafiq təklifi prezident Vladimir Putin irəli sürüb.

Gununsesi.info