MARAQLIDIR: Öləcəyi günü necə doğru hesabladı? – Hər gün 15 dəqiqə artıraraq şifrəni çözdü

  • By admin
  • 04 Fevral 2023 22:03

Həyatı boyunca uğurlu bir riyaziyyatçı olmaq istəyən Avraham de Moivre ən böyük xəyalını həyatda ikən deyil, öldükdə gerçəkləşdirdi. İsaak Nyutonun öyərək bəhs etdiyi, ancaq əldə etdiyi uğurlarla tətmin olmayan Moivre hər gün 15 dəqiqədən çox yatdığını fərq etdikdə günümüzdə belə, hər kəsi şok edən təxmininin etdi.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ömrü boyunca yaxşı bir riyaziyyatçı olaraq anılmaq istədi, ancaq şərtlər heç bir zaman buna imkan vermədi. Ancaq o, çox istədiyi xəyalına ən gözlənilməyən anda qovuşdu.

26 may 1667-ci ildə İngiltərədə doğulan Moivre ailəsi protestanlıq məzhəbinə ənsub Xristianlar idi.

Sırf bu səbəbdən dolayı, Fransada qovulan ailə nəfəsi İngiltərədə aldı. Elə Moivre çalışmalarını da buradan davam etdirdi və tarixə adını yazdırdı.

Uşaq yaşlarından riyaziyyata həvəsi olan Moivre bu bacarığını erkən kəəşf etdi.
O, zəngin ailələrin övladlarına riyaziyyat dərsi keçərək öz maddi durumunu təmin etdi.

 

ŞANS OYUNLARINDA TAKTİKALAR ONDAN SORUŞULURDU

Bir dönəm pul qazanmaq üçün lotoreya oyunu oynayanlara və şahmat oyunçularına taktika verməsi də, onunla bağlı tarix qeydlərinə düşən bilgilər arasındadır.

Hər dəfəsində uğurlu təxminilər edən Avraham de Moivreyə görə şans deyə bir şey yoxdur və heç bir zaman da olmayıb.

Bütün ehtimalların faizi bəlli idi. Geriyə isə yalnız ehtimalları yaxşı hesablamaq qalırdı və bu da hər kəsin edə biləcəyi bir şey deyildi.

 

NYUTONUN TƏRİFLƏYƏRƏK BƏHS ETDİYİ ADAM

Avraham de Moivreyə hər nə qədər istədiyi çalışmaları etməsə də, tanınmış bir riyaziyyatçı olmaq xəyalından vaz keçmədi. Sonunda ucundan da olsa, tanınmaq fürsətini yaxalayaraq xəyalına bir addım daha yaxınlaşdı. Özəlliklə, 1700-cü illərdə Londonda elmi qruplarda özünə yer edən Avraham de Moivre, Edmund Halley, İsaak Nyuton kimi adamlarla yaxın dost oldu. Hətta bir dönəm sonra Nyutonla tanış olması və yaxınlaşması bilinir.

 

HƏR GÜN 15 DƏQİQƏ DAHA ÇOX YATDIĞINI FƏRQ ETDİ

1700-cü illərdə başqa bir ölkədə yaşamağa çalışan Avraham de Moivre öz düşüncəsinə görə, istədiyi sürəti tutdura bilmədi.

Hətta bir gün özünü yorğun və boşuuna cəhdlər edirmiş kimi, hissinə qapıldı. Ösixologiyası mənfi yöndə təsirlənməyə başladı. İç dünyasında yaşadığı duyğular özündə bir dəyişikliyi fərq etməsinə səbəb oldu.

“Tibdə letargiya (süstlük) kimi açıqlanan bitkin və yorğun olma hissindən qaynaqlanan hər gün normal yuxu müddətindən 15 dəqiqə daha çox yatdığını fərq etdi. Ehtimallara və statistikalara 1 ömür həsr edən Avraham öz xəstəliyi üzərindən hesablamağa qərar verdi. Bir çox xəstəliyin adamların ölüm ehtimallarını artırdığına inanan elm adamı uzun saatlar sürən hesablamalarının ardından sonnda ölüm tarixini hesabladı”.

ÖLƏCƏYİ GÜNÜ TƏXMİN ETDİ

Avrahama görə hər gün bir öncəki gündən 15 dəqiqə çox olan yuxu müddəti tam olaraq 24 saat olduqda ölüm günü gəlmiş olacaqdı. Hesablaması isə 27 noyabr 1754-cü ildə ölməsi ehtimalına işarə edirdi. İşin qəribə tərəfi De Moivre ölümündən 2-3 ay öncə etdiyi hesaba görə, nöqtə atışı olaraq təxmin etdiyi gündə həyatını itirdi.

Onun ölüm günü haqqında etdiyi təxminin tutması elm cəmiyyətində böyük səda doğurdu. 

Hər nə qədər böyük bir qisim bunun bir hesabdan daha çox özünün öləcəyi tarixə şərtləndirdiyi və nocebo (xəstənin bir müalicəyə uyğun mənfi gözləntisi) təsiri ilə sağlığına zərər verərək öldüyünü düşündü.

Gerçəyin nə olduğu çəkişməsi olsa da, Avraham de Moivrenin tam da təxmin etdiyi tarixdə həyatını itirməsi günümüzdə hələ də sehrini qoruyur.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info