Məhkəmə Zabil Qəhrəmanov haqqında qərar verdi

  • By admin
  • 25 Oktyabr 2025 22:31

Gəncə Şəhər  Məhkəməsi Azərbaycanın tanınmış vəkilin Zabil Qəhrəmanov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Bu barədə Gununsesi.info-ya onun vəkili Əziz Qənbərli deyib.

Vəkilin sözlərinə görə, istintaq orqanı Zabil Qəhrəmanovu xuliqanlıqda və dələduzluqda ittiham edir.

Ancaq məhkəmədə çıxış edən Zabil Qəhrəmanov  ittihamı rədd edib. O, bildirib ki, Gəncə Baş Polis İdarəsinin rəisi ilə gərgin münasibətləri olub. Bu həbs də onunla bağlıdır”.

 

Zabil Qəhrəmanov, həmçinin deyib ki, zərərçəkən kimi tanınan Fazil İsgəndərovun polisə təklikdə verdiyi ifadə ilə üzləşmə arasında ziddiyyət var:”Üzləşmə zamanı deyir ki, Zabil mənə söyməyib. Özünü məzəmət edirdi.

Qeyd edək ki, Zabil Qəhrəmanov Azərbaycanın tanınmış vəkillərindən  biri kimi özünün prinsipiallığı ilə seçilib.

O, çoxsaylı işlərdə bəraət alıb.

 

Firuzə

GUNUNSESI.INFO