Mərdəkanda dənizdə faciə: 1 nəfər ölüb, 1 nəfər axtarılır

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar – 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Məmmədov Raul Rasim oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş – 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Gununsesi.info