Mikayıl Cabbarov yenidən federasiya prezidenti seçildi

  • Müəllif: Firuzə
  • 27 Noyabr 2025 15:49

Azərbaycan Güləş Federasiyasının (AGF) ümumi yığıncağı keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə həyata keçirilib.

Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib.

Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib.

Həmçinin İcraiyyə Komitəsinin üzvləri səsvermə yolu ilə müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.

Gununsesi.info