Mingəçevirdə qatar maşınla toqquşdu: - 4 nəfər yaralandı

  • By Günel
  • 15 Fevral 2025 01:05

Mingəçevirin Aran qəsəbəsində ağır qəza baş verib.

Gununsesi.info-nun Teleqraf-a istinadən xəbərinə görə, “Kia Sorento” markalı avtomobil qatarla toqquşub.

Hadisə nəticəsində dörd nəfər ağır xəsarət alıb. Onlardan ikisi qadındır.

Kişilərdən birinin vəziyyətinin çox ağır olduğu bildirilir.

Gununsesi.info