Amerikada yaşayan siyasi mühacirlərlə Prezidentin Təhlükəsiz Xidməti əməkdaşları arasında baş verənlər böyük rezonansa səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, REAL TV-nin rəhbəri Mirşahin Ağayev prezident İlham Əliyevin qaldığı otelin qarşısında baş verənləri sui-qəsd cəhdi kimi qiymətləndirib:
“Düşünürsən: Prezident Əliyev Azərbaycanı hansı yüksəkliklərə qaldırır!?!!. Xaricə sıçramış belə murdarlıqlar isə Azərbaycanın adını hansı alçaqlığa batırır?
-Biabır olasınız, qaragüruh uşağı qaragüruh! Azərbaycanı daha nə qədər rüsvay edəcəksiniz? Və niyə? Nədən ötrü axı? Siz hansı canlının südünü əmmisiniz belə!?(
p.s. (İnanaq ki, ABŞ-ın hüquq-mühafizə orqanları D. Trampın ali qonağına, Azərbaycan xalqına, dövlətinə qarşı törədilmiş əməli elə D. Trampın qətiyyəti və iradəsinə layiq şəkildə də araşdıracaq, özünü quduzcasına aparmış bir ovuc “məxluqun” otelə soxulmaq cəhdinə, cənab İlham Əliyevin təhlükəsizliyini təhdid edən hadisəyə obyektiv qiymət verəcək! Şəxsən mən bu addımı Dövlət Başçımıza qarşı sui-qəsd cəhdi kimi qiymətləndirirəm”.
Günay Mahirqızı
Gununsesi.info












