Mirzoyan Lui Bononla görüşdü

  • By ilhame
  • 07 Dekabr 2023 22:55

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri Lui Bononu qəbul edib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesindəki son hadisələr, həmçinin tərəflərin sülh müqaviləsi layihəsinə yanaşmaları müzakirə edilib.

ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü ilə bağlı təklifinə Ermənistan tərəfi müsbət cavab verib.

Gununsesi.info