Müştəri “Kapital Bank”dan narazıdır -"Kredit gecikib deyə qohumlarıma zənglə hədələdilər"

Kapital Bankla bağlı narazılıqlar davam edir.

Gununsesi.info bildirir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Vətəndaşlardan biri bildirib ki, kredit gecikməsi ilə bağlı bank əməkdaşı onunla kobud danışıb və ödəniş edilmədiyi halda qohumlarına zəng ediləcəyini deyib.

Müştərinin sözlərinə görə, ona vəziyyətini izah etmək imkanı belə verilməyib:

“Kapital Banka kredit gecikməm var. Nömrəmə zəng etdilər, dedilər ki, bəs nə zaman ödəyəcəksiniz? İzah etdim ki, bilirəm gecikmədədir və ayın biri maaş alan kimi ödəyəcəyəm. Mənə cavab olaraq dedilər ki, yaxşı, siz pulu ödəyənə qədər sizin qohumlarınıza zəng edəcəyik.

İzah etməyə çalışdım ki, işimi dəyişmişəm deyə belə problemlə üzləşmişəm. Sözümü heç deməyə imkan vermədən üzümə telefonu bağladı.

Kapital Bank, bu nə tərbiyəsizlikdir edirsiniz millətə? Hər insanın başına gələ biləcək bir haldır.

Yekə adamlarsınız, başa düşmədim, mafiya babalarısınız, oturmusunuz orada camaata hədə-qorxu gəlirsiniz? Hər bir vətəndaş sizin müştərinizdir. Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum. Bir də o səhvi etməyəcəyəm, zatən.

Amma yekə adamlarsınız, zəng edirsiniz, sözünüzü deyirsiniz, heç olmasa qarşı tərəfi də dinləyin!

Vallah, əgər bir qohumuma kredit borcumla əlaqədar bir zəng belə gəlsə, bir qəpik də ödəmərəm sizə. İllərlə məhkəmələrdə dalımca sürünərsiniz…

Müştəri ilə danışıq qaydasını öyrədin operatorlarınıza. Hələ indiyə qədər heç kəsin bir qəpiyini də cibimdə saxlamamışam. Bu nə hədə-qorxulardır gəlirsiniz telefonda?”

 

 

Şəbnəm

Gununsesi.info