Mustafa Abbasbəyli yeni vəzifəsini də itirir - ÖZƏL

  • By admin
  • 08 Oktyabr 2025 14:33

Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli tutduğu vəzifədən azad olunacaq. 

Bu barədə Gununsesi.info-ya adıçəkilən nazirlikdəki mənbə deyib.

Məlumata görə, onunla bağlı nazir Adil Kərimovun qərarı bugünlərdə elan olunacaq.

Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında bu posta təyinat almışdı.

Onun hansı səbəbdən nazirlikdən uzaqlaşdırılmasına gəlincə, bu barədə əlavə məlumat verilmir.

 

Elmar

Gununsesi.info