Nazir bu idarəyə yeni rəis təyin etdi

  • Müəllif: Firuzə
  • 27 Noyabr 2025 14:57

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsinə yeni rəis təyin olunub.

Gununsesi.info -nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Səlimov Ruslan Vaqif oğlu təyin edilib.

 

Qeyd edək ki, bir ay əvvəl FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi Rüfət Ağazadə vəzifəsindən azad olunub.

 

Gununsesi.info