Nazir polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi

  • By admin
  • 16 Mart 2021 13:24

Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin rəisinə yeni müavin təyin edilib.

Gununsesi.info-nun məlumatına əsasən, polis polkovnik-leytenantı Anar Xəlilov Tovuz rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Bu təyinata kimi A.Xəlilov Masallı rayon Polis Şöbəsində işləyib.

Gununsesi.info