
ABŞ səfərindən qayıdan İsrailin baş naziri Benyamin Netanyahu Trampın Qəzza ilə bağlı planını yüksək qiymətləndirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzzada etnik təmizləmə planını inqilabi adlandırıb.
O, bildirib ki, Tramp Qəzza xalqının öz torpaqlarından qovulmasını nəzərdə tutan planı həyata keçirməkdə qərarlıdır.
Trampın Qəzzada fələstinliləri zorla köçürmə planını “inqilabçı və yaradıcı” kimi xarakterizə edən Netanyahu, onların atəşkəs razılaşmasını tam şəkildə yerinə yetirdiklərini müdafiə edib.
Orxan Saffari