Sumqayıtda yaşayış binasında partlayış oldu

  • Müəllif: Firuzə
  • 20 İyun 2026 19:19

Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.

Gununsesi.info  Report-a istinadən xəbər verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür

Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.

Gununsesi.info