Ermənistanda məhkum məhkəmə zalından qaçdı

  • Müəllif: Orxan
  • 04 Avqust 2026 12:41

Ermənistanda məhkum İrəvanın Nor-Nork inzibati rayonunun məhkəmə binasından qaçıb.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli Shamshyan.com saytı məlumat yayıb.

Bildirilir ki, hadisə avqustun 3-ü baş verib. Belə ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən dərhal sonra məhkəmə zalından qaçmağa müvəffəq olub.

Hazırda adı açıqlanmayan həmin şəxsin yerinin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Gununsesi.info