Masazırda 4 yaşlı uşağı motosiklet vurub öldürdü

  • By Admin2
  • 20 İyun 2026 12:59

Abşeronda yolda oynayan azyaşlını motosiklet vurub.

Gununsesi.info xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 19 yaşlı Fuad Babaşov motosikletlə hərəkətdə olarkən qəfil qarşısına çıxan 4 yaşlı Atilla Bağırovu vurub.

Ağır xəsarət alan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktı prokurorluq araşdırır.

Gununsesi.info