Bakıda ağır yol-nəqliyyat hafisəsi olub.
Gununsesi.info xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.
Məlumata görə, dünən saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus piyadanı vurub.
1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.









