Nobel Sülh Mükafatı laureatı həbs olundu

  • By Ayshan
  • 12 Dekabr 2025 21:30

2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi qatıldığı anım tədbirində İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Gununsesi.info Bakupost.az-a istinadən xəbər verir ki, o, ofisində ölü tapılan vəkil Xosrov Alikürdünün xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə tutulub.

N.Məhəmmədinin Parisdə yaşayan əri Tağı Rəhmaninin X sosial şəbəkəsində yazdığına görə, onunla birlikdə daha bir neçə fəal saxlanılıb.

Onun qardaşı Mehdi Məhəmmədi də həbs xəbərini təsdiqləyib.

Gununsesi.info