ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel ABŞ-da prezident seçkilərində ABŞ-ın vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə eks-prezident X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.
“Bu həftənin əvvəlində Mişellə dostumuz Kamala Harrisə zəng etdik. Biz ona ABŞ-ın fantastik prezidenti olacağını ə onu tam dəstəklədiyimizi söylədik. Ölkəmiz üçün bu kritik anda biz onun noyabrda qələbəsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirik ki, siz də bizə qoşulacaqsınız”, – yazıda deyilir.
Keçmiş prezidentin yayımladığı videoda Mişel Obama Kamala Harrislə fəxr etdiyini bildirib. O, namizədliyini tarixi an adlandırıb. Barak Obama da həyat yoldaşının sözlərinə qoşularaq seçkidə qalib gəlmək üçün vitse-prezidenti hər cür dəstəkləyəcəyinə söz verib.
Harris cütlüyə zəng və dəstəyə görə təşəkkür edib. O, çoxillik dostluqlarının onun üçün çox şey ifadə etdiyini vurğulayıb.
Bildirilir ki, Obama uzun müddətdir vitse-prezidentliyə namizədliyi dəstəkləyib, lakin prezident Co Baydenin yarışdan çəkilməsini izah etdiyi xalqa son müraciətinə kölgə salmamaq üçün bunu açıq şəkildə etməkdən çəkinib.
Şəbnəm
Gununsesi.info