“Oğlum təcili yardım gələnə qədər canını tapşırdı” – Nazpəri Dostəliyeva

  • By admin
  • 22 Mart 2021 21:45
“Oğlum valideynlərim və qardaşımın dəfn olunduğu Qobustan qəbiristanlığında torpağa tapşırılacaq”.
 
Gununsesi.info xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.
Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün ani olduğunu bildirib: “Oğlum quş kimi yanımdan uçub getdi. Xalası ilə mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı. Elə bil, cənnət quşu idi… Deməli, həyatıma bu da yazılıbmış”, – deyən sənətçi göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Xalq artistinin böyük oğlu Əli Quliyev bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.
Gununsesi.info