Ombudsmanın təmsilçiləri həbsdəki jurnalistlərə baş çəkib

Hazırda həbsdə olan Meydan TV-nin jurnalistləri Aytac Tapdıq (Əhmədova), Aysel Ümüdova, Xəyalə Ağayeva və Nurlan Qəhrəmanlı Bakı İstintaq Təcridxanasında Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri ilə görüşüblər.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərin yaxınları məlumat verib.

Onların məlumatına görə, görüşdə İşgəncələrin Qarşısının Alınması Şöbəsinin müdir müavini Vəfa Verdiyeva və digər əməkdaşlar Samir Quliyev və Əflatun Baxışov iştirak edib.

Görüş zamanı Ombudsmanın əməkdaşları jurnalistlərin zorakılıqla bağlı şikayətlərini dinləyib.

Firuzə Mahmudova
Gununsesi.info