Oqtay Gülalıyevin ölüm xəbərini ailəsi təkzib etdi

  • By admin
  • 02 Dekabr 2021 10:35

Hüquq müdafiəçisi Oktay Gülalıyevin ölümü ilə bağlı sosial şəbəkələrdə və bəzi media orqanlarında xəbər yayılıb.

Gununsesi.info xəbər verir ki, ailəsi az sonra bu məlumatı təkzib edib.

Məlumatın yanlış olması barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev Feysbuk hesabında məlumat paylaşıb.

“Atam Oktay Gülalıyevlə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır. Kimlərin nə niyyətlə yalnış məlumat yayması aydın deyil”, – T.Gülalıyev qeyd edib.

O, dəqiqləşdirilmədiyi halda yalnış məlumat yaymamaqla bağlı çağırış edib.

Gununsesi.info