Şabranda 1 yaşlı uşaq tualet quyusuna düşdü

  • By admin
  • 02 Dekabr 2021 10:47

Şabran rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Bildirilib ki, 2020-ci il təvəllüdlü Ümid Muradov müvəqqəti istifadə üçün nəzərdə tutulan tualet quyusuna düşərək ölüb.

Hadisəni Baş Prokurorluqdan təsdiqləyiblər. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info