Orbandan Aİ açıqlaması: Bu, Gürcüstana hörmətsizlikdir…

  • By admin
  • 27 Oktyabr 2022 19:25

Macarıstanın baş naziri Viktor Orban Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusunun verilməməsini tənqid edib.

Gununsesi.info xəbər verir ki, Macarıstanın hökumət başçısı bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, bu qərar Gürcüstana və gürcü xalqına qarşı hörmətsizlikdir:

“Brüsseldə çox pis qərar qəbul edildi. Mən deyərdim ki, bu, ayrı-seçkilik xarakteri daşıyan qərar idi. Molodova və Ukraynaya namizəd ölkə statusu verildiyi bir vaxtda Gürcüstana belə bir status verilmədi. Bu, hətta mənəvi cəhətdən də əsaslandırılmayan bir qərardır. Qonağımız İrakli Qaribaşvili və onun ölkəsi namizəd statusuna layiqdir, çünki o, son illərdə bu sahədə çox ciddi işlər aparır. Bu qərar gürcü millətinə, gürcü dövlətinə hörmətsizlik idi. Biz Gürcüstanın namizəd statusunu alması və tezliklə Avropa İttifaqına daxil olması üçün dəstəyimizi davam etdirəcəyik. Biz bunu mütəxəssislərin köməyilə edə biləcəyik. 16 macar Avropa İttifaqı daxilində Gürcüstanla bağlı məsələlər üzərində işləyir və biz bu istiqamətdə danışıqların tez bir zamanda başlaması üçün əlimizdən gələni edəcəyik”, – deyə Macarıstan prezidenti vurğulayıb.

Gununsesi.info