Pentaqon qlobal nüvə müharibəsi vəziyyətini simulyasiya etmək niyyətindədir

Pentaqon Şərqi Avropa və Rusiya üçün nüvə partlayışının nəticələrini simulyasiya etmək niyyətindədir.

Gununsesi.info xarici mediaya istinadən verdiyi məlumata görə, potensial podratçı ilə müzakirə olunan Pentaqonun müqaviləsi nüvə silahının kənd təsərrüfatı sektoruna təsirinin öyrənilməsinə, o cümlədən Rusiya və Şərqi Avropa ölkələri üçün modelləşdirmə ssenarilərinə aiddir. Podratçıdan tədqiqatın coğrafi əhatəsini genişləndirmək tələb olunur.

Beləliklə, Pentaqon nüvə hücumlarının Rusiyanın kənd təsərrüfatı sektoruna təsirinin modelləşdirilməsinə yönəlmiş tədqiqatlar aparmaq üçün yerli şirkətlə müqavilə bağlamağı planlaşdırır.

Podratçı qlobal nüvə müharibəsi ssenarilərini simulyasiya etmək üçün lazım olan işçi heyəti, avadanlıq və resursları təmin edəcəkdir. İşlər xüsusi proqram təminatından istifadə edilməklə aparılacaq və müqavilənin smeta dəyəri 34 milyon dollar təşkil edəcək.

 

 

İlhamə

Gununsesi.info